Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşa şəhərində daha 38 ailəyə mənzillərinin açarları təqdim olunub

0

  • Şuşa, 14 may, Tahir Ağaməmmədov, AZƏRTAC

    Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 38 ailə olmaqla, 136 nəfər Şuşa sakini doğma yurduna qovuşub. Açarların təqdim edilməsi mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

    Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib110 dəfə
    Şuşa şəhərində daha 38 ailəyə mənzillərinin açarları təqdim olunub

    Maraqlı gələ bilər
    56
    50