Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşaya ilk qayıdış Azərbaycan üçün tarixi hadisədir

0

  • Dörd il əvvəl - 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
    Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən dörd ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Eyni zamanda yaşayış kompleksinin təməli qoyulub.
    Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

    Dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilib.

    Bildirilib ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

    Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış oldular.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşdülər.

    Qayıdışın başlanmasını çox böyük sevinc hissi ilə qarşılayan şuşalılar məcburi köçkünlük dövründə onlara göstərilən diqqət və qayğıya, həmçinin hazırda şəhərin bərpasına və yenidən qurulmasına, orada müasir tələblərə cavab verən yaşayış şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
    Prezident İlham Əliyev, Azərbaycanın mədəni və iqtisadi inkişafına görə böyük bir təsir göstərən liderdir. Son Şuşa səfəri, onun liderlik və vizyonunu bir daha dəyərləndirməyə kömək edir.

    İlham Əliyevin Şuşa səfəri, Azərbaycan tarixinin ən simvolik hadisələrindən biridir və bu səfər, Azərbaycanın tarixi və mədəni irsinin bərpası üçün simvolik bir addımdır. Bu səfər, Şuşanın mədəniyyət sahələrindəki ən əhəmiyyətli simvollardan biri olan Xarıbülbül Musiqi Festivalının bərpası və yenidən canlandırılması ilə də bağlıdır.
    Çox şükür bu günlərə ki, artıq Şuşa sakinləri öz doğma torpaqlarına qayıdır. Bu, əsl bayramdır. Xalqımızın ən böyük arzusu, amalı artıq gerçək olub. Allah həmişə xalqımıza belə gözəl günlər nəsib etsin. Əziz Şuşamız indi doğma övladlarını nəfəsilə daha dirçələcək, gülə-çiçəyə bürünəcəkdir.
    Leyli Yusifova,
    Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib150 dəfə
    Şuşaya ilk qayıdış azərbaycan üçün tarixi hadisədir

    Maraqlı gələ bilər
    73
    173