TƏBİB-in tabeliyindəki Xocalı Rayon Mərkəzi Xəstəxanasında azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi mövzusunda növbəti təlim keçirilib.
Təlimdə Azyaşlı uşaqlar, hamilə və zahı qadınların patronaj xidmətinin təşkili və nəzarətin təmin edilməsi üzrə kurator və təlimçilər çıxış ediblər.
Xocalı Rayon Mərkəzi Xəstəxanasına daxil olan ASM və Tibb məntəqələrinin patronaj xidmətinin cavabdeh məsul şəxsləri, pediatrlar, tibb bacıları və mamaların iştirakı ilə keçirilmiş təlimdə modul 1, 2 əhatə olunmuşdur.
Açılış nitqi ilə çıxış edən İlkin səhiyyə xidmətinin rəhbəri və Gəncə TƏB üzrə kurator Xalidə Sadıqova ilkin səhiyyə xidmətinin gücləndirilməsi perspektivləri, azyaşlı uşaqlar, hamilə və zahı qadınlara göstərilən patronaj xidmətlərinin universal proqressiv modelinin tətbiqinin gücləndirilməsi haqqında çıxış edib və təlimlərin davamlı olmasını bildirib.
Təlim iştirakçılarına erkən uşaqlıq dövrünün dəstəklənməsi və patronaj tibb bacılarının yeni rolu barədə məlumat verilib. Təlim interaktiv şəkildə keçirilib və iştirakçıların sualları cavablandırılıb.