Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Su həyatdır” mövzusunda tədbir keçirildi

0

  • 05.09.2024-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin və rayon təhsil sektorunun birgə təşkilatçılığı, “Uşaq Səfirlər Məclisi”nin Xocalı rayonu üzrə regional nümayəndələrinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Su həyatdır” mövzusunda tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, təhsil işçiləri və məktəblilər iştirak etdilər.
    Tədbirin keçirilməsinin əsas məqsədi məktəblilər arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtının səmərəli istifadəsini təşkil etməkdir.
    Tədbirdə çıxış edən Lamiyə Qarayeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sözügedən Sərəncam əsasında təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün respublikada olduğu kimi Xocalı rayonunda da silsilə tədbirlər həyata keçirilir.
    Diskussiya şəklində davam edən tədbirdə şagirdlərlə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı. Tədbirdə həmçinin təlimatlandırıcı slaydlardan istifadə olundu.
    Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 19.07.2024-cü il tarixdə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində keçirilmiş təlimdə fəallığı ilə seçilmiş uşaqlara Fəxri Fərmanlar təqdim edildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib46 dəfə
    tədbir

    Maraqlı gələ bilər
    0
    68