Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tural Gəncəliyev Xankəndi və Kərkicahan sakinləri ilə görüş keçirdi

0

  • 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 122 saylı Xankəndi seçki dairəsindən deputatlıq mandatı qazanan Tural Gəncəliyevin Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinləri ilə Gəncə şəhərində ilk görüşü oldu. Sentyabrın 14-də keçirilən görüşdə hal-hazırda Gəncə Regional Kollecinin Bayan 143A və C.Rəfibəyli 55 A küçələrində yerləşən yataqxanalarında və Gəncə Dövlət Universitetinin 2№li yataqxanasında müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər onları narahat edən ümumi məsələləri millət vəkilinin diqqətinə çatdırdılar və fərdi müraciətlərini etdilər.
    Tural Gəncəliyev çıxışında bildirdi ki, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti, qəhrəman oğullarımızın, şəhidlərimizin şücaəti nəticəsində artıq tariximizin şanlı səhifəsini yaşayırıq. Bir vaxtlar Xankəndinin azadlığını arzuladığımız halda, bu gün doğma yurda qayıdışımızdan danışırıq. “Böyük Qayıdış” prosesinə uyğun olaraq hər sakin öz evinə dönəcək. Səlahiyyət müddətim ərzində sizi qürurla Xankəndi şəhərinin nümayəndəsi, millət vəkili olaraq təmsil edəcəyəm.

    Millət vəkili sakinlərin arzu və istəklərini nəzərə alaraq vurğuladı ki, əsas məsələmiz bütün sakinlərimizin öz evi, öz mülki ilə təmin olunmasıdır, yəni mülkiyyət məsələsidir. Evi olub, lakin sonradan evləri dağıdılan şəxslərə də mənzil verilməsi gündəmdə saxlanılacaq. İkinci məsələ işlə təminolunma məsələsidir. Bildiyimiz kimi, Xankəndində yaxın zamanlarda bağça, məktəb, universitet fəaliyyətə başlayacaq. Şəhərdə böyük canlanma olacaq. Böyük iş yerlərinin açılması da gözlənilir. Əhalinin sosial məsələlərinin həllinə həssaslıqla yanaşılacaq.

    Sonra sakinlər onları narahat edən ümumi məsələləri diqqətə çatdırdılar. Kərkicahan sakinləri evlərin bərpası zamanı nöqsanlara yol verilməməsi və şəhidlərimizin xatirəsinə qəsəbədə abidə ucaldılmasına köməklik edilməsi üçün millət vəkilindən xahiş etdilər.

    Görüş fərdi müraciətlərin dinlənilməsi ilə davam etdi.
    Tural Gəncəliyev müraciətləri dinləyərək Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsinə aid müraciətlər qanun çərçivəsində həll olunacağını, digər qaldırılan məsələlərlə bağlı əlaqədar qurumlara müraciət ediləcəyini bildirildi.

    Görüş xoş ovqatla yekunlaşdı.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib151 dəfə
    tural gəncəliyev xankəndi kərkicahan sakinləri ilə görüş keçirdi

    Maraqlı gələ bilər
    78
    50
    188
    56
    34