XXI əsri qeyri - rəsmi olaraq Türk əsri adlandırmışlar. Əlbəttə bu təbiidir. Çünki Türk dövlətlərinin, Türkiyə istisna olmaqla, böyük əksəriyyəti ayrı - ayrı imperiyaların tərkibində olmuş, müstəqil siyasət yeritmək iqtidarında olmamışlar. SSRİ - nin süqutundan sonra Türk dövlətləri üçün müstəqil siyasət aparmaq imkanları yaratdı. Məlum həqiqətdir ki, sovetlər zamanında Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan kimi Türk dövlətləri SSRİ - nin tərkibində idi və bu da böyük bir coğrafiyanı əhatə edirdi . Qeyd olunduğu kimi sovet sisteminin çöküşü bu ölkələrin müstəqilliyə qovuşması üçün münbit şərait yaratdı və həmin ölkələr bir - birinin ardınca öz müstəqilliklərinin bərpası haqqında qərar qəbul etdilər . Əvvəllər öz türklüyünü , türkçülük məfkurəsini qorumağa çalışan insanlar min bir bəhanə ilə pantürkist damğası vurularaq sıradan çıxarılırdı . Bu , imperiya siyasətinin ana xətti idi . Məhz bu siyasətin nəticəsi idi ki , 1937 - ci ildə minlərlə azərbaycanlı xalq düşməni damğası ilə güllələndi və ya Sibirə , Orta Asiyanın müxtəlif ərazilərinə sürgün edildi . 20 - ci əsrin sonlarında yenidən öz müstəqilliyinə qovuşmuş Türk dövlətləri nə qədər çətin olsa da , yavaş - yavaş öz aralarında iqtisadi və siyasi əlaqələr qurmağa başladılar . İmperiya insanların beynini elə zəhərləmişdi ki, onlar öz kimliklərinə belə şübhə ilə yanaşırdılar. Məhz bu amil Türk dövlətlərinin yaxınlaşmasında olmazın çətinliklər yaradırdı. Eyni kökdən olan qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsində Azərbaycanla qardaş Türkiyə Respublikası çox böyük işlər həyata keçirdilər. Bu işlərdə Azərbaycan demək olar ki , lokomotiv rolunu oynayırdı . Artıq Türk dövlətləri yerləşdikləri coğrafi məkanda söz sahibidirlər . Regionda onların iştirakı olmadan heç bir layihə həyata keçirilə bilmir. Türk dövlətləri arasında yaranmış sarsılmaz birlik onları böyük güc sahibinə çevirmişdir. 06 iyun 2024 - cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TÜRKPA - nın nümayəndə heyətini qəbul edib . Görüş zamanı Azərbaycan Prezidenti müxtəlif məsələlər haqqında nümayəndə heyətinə məlumat verib . Ölkə başçısı qeyd etdi ki, bildiyiniz kimi , mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri - rəsmi Zirvə görüşü keçiriləcək . Həmin görüş nəqliyyat və iqlimlə bağlı olacaq . Daha sonra Azərbaycan Prezidenti qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq - bərba işləri həyata keçirilir. Bu işlərdə daima qardaş köməyini hiss edirik. Belə ki, artıq həmin ərazilərdə Qazaxıstanın maliyyə dəstəyi ilə bir incəsənət mərkəzi, Özbəkistan Respublikasının maliyyə dəstəyi ilə bir məktəb tikilib istifadəyə verilmişdir. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoymuşuq . Həmin məktəb Qırğızıstanın maliyyə dəstəyi ilə inşa ediləcəkdir . Macarıstanın dəstəyi ilə daha bir məktəb Cəbrayılda inşa ediləcəkdir. Bütün bunlar ölkələrimiz arasındakı münasibətlərin nə qədər möhkəm olmasının göstəricisidir . Azərbaycanda bu kimi tədbirlərin , müxtəli görüşlərin keçirilməsi, bütün tədbirlərdə Ölkə Başçısı İlham Əliyevin iştirak etməsi ölkəmiz üçün daha parlaq gələcək vəd edir.
Orxan Məmmədov, Xocalı rayon gənci