Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Türk Dövlətləri Təşkilatı ciddi güc mərkəzinə çevrilib

0

  • Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm zəfər ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artmasına gətirib çıxardı. Bu qələbə sayəsində ölkəmiz özü haqqında Qalib ölkə imici formalaşdırdı. İndi müəyyən məsələlərdə ölkəmizin mövqeyi dəstəklənir və ya müəyyən məqamlarda ölkəmizlə hesablaşırlar. Bütün bu qeyd olunanlarda qazanılmış qələbənin rolu böyük olsa da, diplomatik sahədə də əldə olunmuş uğurların da böyük rolu olmuşdur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Postmüharibə dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif ölkələrə etdiyi səfərləri saymaqla qurtarmaz. Eyni zamanda digər ölkələrin də dövlət başçılarının ölkəmizə müntəzəm səfərləri baş vermişdir. Nəzərə alsaq ki, Avropanın və bütövlükdə Qərbin ermənilərə açiq - aydın, nümayişkaranə şəkildə təəssübkeşlik göstərir, belə bir zamanda bunları etmək olduqca çətin, lakin ölkəmiz üçün olduqca faydalı addımlardır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycanın diplomatik sahədə əldə etdiyi uğurlarda Ölkə Başçısı cənab İlham Əliyevin rolu misilsizdir. Təkcə 44 günlük müharibə zamanı Azərbaycan Respublikasının Prezidentinin həm Ali Baş Komandan kimi orduya rəhbərlik etməsi, bununla paralel olaraq dünyanın müxtəlif, geniş auditoriyaya malik olan telekanallarına verdiyi müsahibələr qeyd olunanların parlaq sübutudur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Ölkə başçısı İlham Əliyev 02 noyabr 2023 - cü il tarixdə bu qəbildən olan səfərlərin birini də Qazaxıstan Respublikasına etmişdir . Azərbaycan Respublikasının Prezidenti Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında keçiriləcək 10 - cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına gəlmişdir. Ölkə Başçısı Zirvə görüşündə iştirak etmiş və görüşdə dərin məzmunlu çıxış etmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti çıxışı zamanı Vətən müharibəsi dövründə ölkəmizə verdikləri dəstəyə görə Türk Dövlətləri Təşkilatının bütün üzvlərinə bir daha təşəkkürünü bildirmişdir. Ölkə Başçısı müharibədən sonrakı dövrdə də davam etdiyini vurğulamışdır. Özbəkistan Respublikası tərəfindən Füzuli rayonunda tikilib istifadəyə verilmiş Uluqbəy adına 1 nömrəli məktəbə görə, Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa edilmiş Mədəniyyət Mərkəzinə görə Özbəkistanın və Qazaxıstanın dövlət başçılarına xüsusi minnətdarlığını bildirmişdir.​ ​Zirvə görüşündəki çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, biz Azərbaycan olaraq özümüzü Türk dünyasının bir parçası hesab edirik və bu birliyə daima töhfələr verməyə çalışırıq. Bu gün Türk Dövlətlərinin bir - birinə bu qədər yaxın olması bizi qürurlandırır. İndi inamla deyə bilərik ki, 21 - ci əsr Türk əsri olacaqdır və bu əsr dünyanın daha mükəmməl, daha gözəl olmasına xidmət edəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Veysəlli Rəhim,
    Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib66 dəfə
    meqaleler

    Maraqlı gələ bilər
    76
    49
    53
    54