Türkiyə Futbol Federasiyası rəhbəri Mehmet Büyükekşinin istefası gözlənilir.
xocalininsesi.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumat üçün qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında oynanılması planlanan Türkiyə Superkubokun finalı ləğv edilib.
Oyunun başlamasına bir müddət qalmış "Fenerbahçe" və "Galatasaray" futbol klubları Səudiyyə tərəfinin pankartlara icazə verməməsini əsas göstərərək oyuna çıxmamaq qərarı alıblar.
Klub rəsmilərinin açıqlamalarına görə, Mustafa Kamal Atatürkün "Yurtda sulh, cihanda sulh" sözləri yazılan pankart Səudiyyə rəsmiləri tərəfindən qəbul edilməyib.
Məlumat üçün qeyd edək ki, hər iki komanda heyəti standionu tərk edib.
Türkiyə Futbol Federasiyası, "Fenerbahçe" və "Galatasaray" futbol klubunun birgə açıqlaması gözlənilir.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/sport/1171355.html