Ölkə başçısı İlham Əliyev Prezident seçildiyinin 20-ci ildönümü günündə Xankəndi şəhəri ilə yanaşı Xocavənd şəhərində, Xocalı şəhərində, Əsgəran qəsəbəsində, Ağdərə şəhərində, Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaltmışdır. Daha sonra Şuşa şəhərinin işğaldan yeni azad olunmuş Malıbəyli kəndində və Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olmuşdur.
Ali Baş Komandan İlham Əliyev 20 illik Prezidentliyi dövründə güclü dövlət, güclü ordu, güclü iqtisadiyyat yaratmağı ilə yanaşı bütün işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə nail olaraq Azərbaycan tarixində ən böyük Qələbəyə imza atmış şəxsiyyətə çevrildi.
Allah öz canları-qanları bahasına Azərbaycanın ərazi bütövlüyünü bərpa edən bütün şəhidlərimizə rəhmət eləsin və yaralı qazilarimizə şəfa versin.
Allah Ali Baş Komandanımıza və vətənimizin keşiyində duran əsgərlərimizə can sağlığı və qüvvət versin.
Rafiq Quliyev,
Xocalı rayon sakini