Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vətən müharibəsi zamanı rayonumuzun tibb işçiləri fədakarlıq nümayiş etdiriblər

1/1

  • Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il ölkəmizdə iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, bu sahənin cəmiyyətin həyatında həlledici rol oynadığını dəfələrlə vurğulamışdır.
    Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsi də Ulu Öndərin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində özünün yeni inkişaf mərhələsini yaşayır. Son illər yüzlərlə tibb müəssisəsinin tikilərək istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların ölkəmizə gətirilməsi, tətbiqi və həyata keçirilən islahatlar respublikamızda bu sahəyə dövlət tərəfindən böyük qayğının göstərilməsindən xəbər verir.

    Bu fikirlər 17 iyun 2024-cü il tarixdə Tibb işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva və “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxışlarında bildiriblər ki, istər koronavirus pandemiyasında, istərsə də 44 günlük haqq savaşımızda rayonumuzun tibb işçiləri şərəfli və məsuliyyətli işlərini layiqincə yerinə yetiriblər. Qeyd edilib ki, Mərkəzi Xəstəxananın Vətən müharibəsi zamanı hərbi hospital kimi fəaliyyət göstərdiyi dövrdə tibb işçilərimiz fədakarlıq nümayiş etdiriblər.

    Tədbirin sonunda fəaliyyətində fərqlənən rayonumuzun tibb işçilərinə Fəxri Fərmanlar verilib.

    Bu gün biz peşə bayramı münasibəti ilə insanların sağlamlığının keşiyində gecə və gündüz dayanmış bütün tibb işçilərini təbrik edir, onlara şərəfli və məsulyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayırıq. Ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu şərəfli işdə əliniz, qolunuz yorulmasın.

    Bayramınız mübarək olsun!
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib176 dəfə
    vətən müharibəsi zamanı rayonumuzun tibb işçiləri fədakarlıq nümayiş etdiriblər

    Maraqlı gələ bilər
    45
    417
    39
    50