Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vətənimdir, vətənimdir, vətənim...

0


  • Könlümün sevgili məhbubu mənim,
    Vətənimdir, vətənimdir, vətənim...

    Bu gün adı Azərbaycan tarixinə, ədəbiyyatına, maarif və mədəniyyətinə qızıl hərflərlə yazılmış, belə ölməz misraların müəllifi olan şair, həkim, müəllim, tərcüməçi Abbas Səhhətin doğum günüdür.
    Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdıb və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyib.
    O, bu dövrdən etibarən yaradıcılığa başlayıb və artıq 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunub. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şerləri işıq üzü görüb.
    “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub. Həmin dövrdə Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi çıxış edib. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini azərbaycan dilinə çevirib.
    1912-ci ildə şairin şerlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şerlər toplusu işıq üzü görüb. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunub.
    Abbas Səhhətin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.
    Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edib, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi.
    Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat edib.
    O, uşaqlar üçün, xüsusilə də öz dövrünə görə, olduqca əhəmiyyət kəsb edən “Ana və bala”, “Ata və oğul”, “Yay”, “Ayı və şir”, “Quşlar” və onlarla başqa şeirlər yazıb.

    Hazırladı: Mina RƏŞİD


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməMədəniyyət
    KateqoriyaMədəniyyət xəbərləri
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib64 dəfə
    Vətənimdir vətənimdir vətənim...

    Maraqlı gələ bilər
    75