Xaçınçay su anbarı vasitəsi ilə 7 min hektar əkin sahəsinin suarılmasını təmin edəcək.
xocalininsesi.az Trend-ə istinadən xəbər verir ki, bunu Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə deyib.
Hafiz Əzimzadə bildirib ki, 1964-cü ildə istismara verilən Xaçınçay su anbarı işğal dövründə dağıdılaraq istifadəyə yararsız hala salınıb.
"Anbarın ümumi su tutumu 23 milyon kubmetr olan su anbarının bəndinin hündürlüyü 44 metr, uzunluğu isə 940 metr təşkil edir. Su anbarı vasitəsi ilə 7 min hektar torpaq sahəsinin suvarılması işləri həyata keçiriləcək".
İdarə müdiri qeyd edib ki, Xaçınçay su anbarının suyu, subartezan quyuları ilə müqaisədə daha keyfiyyətli və daha zəngindir:
"Belə ki, subartezan quyularının suyunda nisbətən duzlaşma, şorlaşma mövcuddur. Ancaq dağ çaylarındann gələn sularda menerallaşma vardır ki, bu da bitgi üçün daha faydalı hesab olunur".
Qeyd edək ki, Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/country/1170607.html