Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xalqın qəlbində əbədiyaşar Ümummilli Lider

0

  • Hər bir xalqın azadlıq və istiqlaliyyət tarixində xilaskar olan dahi insanları var. Həmin dahi insanlar ağılları, gücləri, qətiyyətləri ilə öz xalqını arxalarınca apararaq,ən taleyüklü məsələlərdə hər zaman qalib olmuşdular. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Ulu Öndərimizin həyat yolu yüksək insani -əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən ən ali məktəbdir.
    Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə milli oyanış, milli tərəqqi və müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmuşdur. Ümummilli Lider Heydər Əliyev hər yerdə öz sözünü qətiyyətlə deməyi bacaran bir şəxsiyyət olmuşdur.Məhz o səbəbdən 20 yanvar 1990-cı il tarixdə Sovet qoşunlarının Bakıda törətdikləri faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, bu cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı törətdiyi münaqişədə SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz edərək Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edərək Azərbaycana qayıtmışdır.
    İctimai -siyasi quruluşdan asılı olmayaraq Heydər Əliyev bütün dövrlərdə əsl lider olmuşdur.Bu səbəbdən 1993-cü ildə Azərbaycanın ən ağır günlərində xalqın ümid yeri yalnız Heydər Əliyev oldu. O , hakimiyyətə yenidən qayıtdıqdan sonra Azərbaycanda sabitlik və inkişaf dövrü başladı. Azərbaycanın müstəqil konstitusiyası qəbul edildi, Azerbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tutdu və ciddi islahatlara start verildi.Ulu Öndərin güclü siyasəti, sarsılmaz, qətiyyətli və fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyuldu.
    12 dekabr 2023-cü il tarixdə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyev əbədiyyətə qovuşdu.12 dekabr hər il xalqımız tərəfindən böyük ehtiramla yad edilir.
    Özündən sonra Heydər Əliyev siyasətini inamla və ugurla davam etdirən ölkə başçısı İlham Əliyev Ulu Öndər quruculuğunu layiqincə yasatmaqla bərabər yeni dövlətçilik məktəbinin banisinə çevrildi.Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti və yaratdığı Müzəffər Ordumuzun gücü və Qüdrəti sayəsində 30 ildən sonra 44 gün ərzində Azərbaycanın işğal altında olan bütün əraziləri düşmən tapdağından azad edildi. Bununla Möhtərəm Prezidentimiz İlham Əliyevin öz sözü ilə desək “Ata vəsiyyətini" yerinə yetirmiş oldu.
    Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin, ruhu şad olsun!
    Rafiq Quliyev,
    Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib120 dəfə
    xalqın qəlbində əbədiyaşar Ümummilli lider

    Maraqlı gələ bilər
    0