Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xan şəhərim-qürur yerim

5/5

  • Ulu millət-güclü dövlət. Bu adlar necə də doğma səslənir. Əsrlər boyu öz mərdliyi, qüruru, mədəniyyəti ilə seçilən xalqımız namərd hayların və onların xain havadarlarının cavabını fədakarlıqla vermişdir. Azərbaycana qarşı torpaq, ərazi iddiası xülyasına düşən namərd qonşumuzun son arzuları cəhənnəmə getdi. Uzun illər işğal altında qalan torpaqlarımız Azərbaycanın müdrik, fədakar prezidenti İlham Əliyev cənablarının başçılığı və igidlərimizin fədakarlığı, şücaəti nəticəsində murdar yağı tapdağından azad olundu. Erməni əsilli vətəndaşların nisbətən sıx yaşadığı yaşayış məntəqələrində məskunlaşan insanlara Azərbaycanın dövlət rəhbəri tərəfindən edilən müraciətlərə baxmayaraq separatçı rejim və xarici havadarları əhalini düzgün mövqeyə yaxınlaşmağa imkan vermədi. Lakin bizim ulularımızdan hər birimizə əmanət qalan Xankəndi şəhəri və ətraf ərazilər sanki hər an gəlişimizi gözləyirdi. Otuz ildən artıq bir müddətdə möhkəmlənmiş separatçı şeytan yuvası Azərbaycan igidlərinin 2023-cü ilin 19 sentyabrında keçirdiyi antiterror əməliyyatı nəticəsində darmadağın edildi.
    Şükürlər olsun tarixin və Allah-Təalanın bizə bəxş etdiyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin, müdrik xalqımızın,qorxmaz igidlərimizin varlığına.
    18 mart 2024-cü il. Bu dəfə xalqımızın igid oğlu, müdrik rəhbərimiz İlham Əliyev Novruz tonqalını Xankəndi şəhərində alovlandırdı və xalqımıza orada bayram təbriklərini çatdırdı.
    Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu çıxışı məni bir Xankəndi sakini kimi daha da ruhlandırdı. Hər ötən an bizi doğma Xankəndimizə qovuşmağımıza və əbədi məskunlaşmağımıza yaxınlaşdırır. Xanın yadigarına yalnız xan nəsli olan xalqımız sahib olmalıdır. Belə də oldu.
    Aydın Həsənov,
    Xankəndi şəhər sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib232 dəfə
    xan şəhərim qürur yerim

    Maraqlı gələ bilər
    48
    53
    37
    43
    41