Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xankəndi şəhərində Azərbaycanın üçrəngli bayrağı dalğalandı

0

  • Mən - Quliyev Xudayar Bərxudar oğlu 1958-ci ildə Xankəndi şəhərində anadan olmuşam. 1975-ci ildə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbi bitirdikdən sonra 1 il “Qarabağ İpək Kombinatı”nda işləmişəm.

    1976-1980-ci illərdə Xankəndi şəhərindəki Pedaqoji İnstitutun riyaziyyat fakültəsini bitirib, Xocalı rayonunun Cəmilli kındində riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışam. Xankəndi şəhərinin Məlik Paşayev küçəsində ev tikmişəm.

    1988-ci ilin fevral ayının 13-dək orada xoşbəxt həyat sürmüşəm. Ömrümün ən gözəl çağları Xankəndi şəhəri ilə bağlıdır. Hadisələrdə evlərin dəyişilməsi, satılmasına başlandı. Qəti şəkildə dedim ki, mən evimi nə erməniyə satıram, nə də dəyişirəm.

    Bütün mərd vətən oğulları kimi müəllimlik fəaliyyətimi davam etdirməklə bərabər Cəmilli, Kosalar, Qaybalı kəndlərinin müdafiəsində fəal iştirak etdim. Müharibə veteranıyam. Xocalı rayon Yaloba kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. Qarabağın işğalı ilə heç vaxt barışmamışam.

    Ulu Öndər Heydər Əliyevin ürəklə dediyi sözlər ürəkləri riqqətə gətirirdi.

    “Mən əminəm ki, işğal olunmuş torpaqlar azad olacaq. İnsanlar viran olmuş torpaqlara qayıdacıq. Orada evlər bərpa olunacaq.

    Ulu Öndərdən sonra, yəni 2003-cü ildən bu günə qədər xalqın böyük əksəriyyəti tərəfindən seçilən Müzəffər Ali Baş Komandanımız möhtərəm Prezidentimiz Cənab İlham Əliyev Heydər Əliyev siaysi kursunu uğurla davam etdirmişdir.

    Ölkəni siaysi və iqtisadi cəhətdən inkişaf etdirmişdir. Özünün dediyi kimi, büdcənin əsas hissəsini ordu quruculuğuna sərf etmişdir. Ordumuz türk ordu sisteminə keçmişdir. Müasir silahlarla, texnikialarla təchiz olunmuşdur.

    Prezidentimiz heç vaxt qan tökülməsinə razı olmamışdır. Ermənistana daima sülh təklif etmişdir. Xarici havadarlarına arxalanan erməni faşistləri, nəinki sülhə gəlmiş yeni torpaqlar işğal etmək iddiasında olmuşlar. Məhz ona görə də, 2020-ci il sentyabr ayının 27-sində əks –hücum əməliyyatı başlandı. Bu hücum həm də, siyasətlə vəhdət şəklində oldu.

    44 gün ərzində Ali Baş Komandan Müzəffər Prezidentimiz, ordumuz xalqın görünməmiş birliyi nəticəsində erməni faşistləri və onların havadarları məğlub oldular. Zəfər çaldıq.

    Lakin Azərbaycanın ən gözəl şəhərlərindən biri Xankəndi, qan yaddaşımız olan Xocalı, Ağdərə, Əsgəran, Xocavənd hələ də ermənilərinəlində qaldı. Yenə də havadarlarının köməyilə.

    Hörmətli Prezidentimiz deyirdi: “Mən nəyi, nə vaxt edəcəyimi bilirəm”. Dünyaya sübut etdi ki, bu millətin əksəriyyəti seperatçılardır, terrorçulardır. Buraya başqa ölkələrdən də terrorçular gətirilib. Ona görə də, burada antiterror əməliyyatı labüddür. 2023-cü il sentyabrın 19-20-si yəni 2 saat 43 dəqiqəlik antiterror əməliyyatı nəticəsində Qarabağ terrorçulardan təmizləndi. Bir müddət təmizlənmə işləri aparıldı.

    44 günlük müharibədəki kimi həyəcanla Ali Baş Komandanımızın Xankəndində və digər rayonlarda üçrəngli bayrağımızın göylərdə qaldırılacağı anı gözləyirdik. Nəhayət, o tarixi gün Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.

    Əminəm ki, əbədi Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımız öz doğma yurd-yuvalarında xoşbəxt və bəxtiyar yaşayacaq , ölkəmizin bütün quruculuq işlərində fəal iştirak edəcəklər. Həmişəki kimi Prezidentimizin ətrafında sıx birləşəcək, dövlətçiliyimizə sadiq qalacaqlar. Dəmi yumruq qoy daha möhkəm olsun! Bizə ana Vətənimizi, uşaqlığımızı, gənclik illərimizi, həyatın ən gözəl çağalarını, həsrətində olduğumuz qohumlarımızı, qonşularımızı görməyi, yurd yerlərimizi qəbirlərimizi ziyarət etməyi bəxş etdiyinə bütün Azərbaycan xalqı, xüsusən, qarabağlılar adındanAli Baş Komandanımız, hörmətli Prezidentimiz İlham Əliyevə ürəkdən təşəkkür edir, sonsuz minnətdarlığımı bildirirəm.

    Yaşasın Ali Baş Komandan, hörmətli Prezidentimiz İlham Əliyev! Yaşasın bütün silahlı qüvvələrimiz!

    Şəhidlərə Allahdan rəhmət diləyirəm! Qazilərə Allah can sağlığı arzulayıram!

    Qarabağ Azərbaycandır!

    Xudayar Quliyev,
    Xankəndi şəhər sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib8 dəfə
    Xankəndi şəhərində Azərbaycanın üçrəngli bayrağı dalğalandı

    Maraqlı gələ bilər
    39
    30
    45