Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı bulvarına əlvan çiçəkli iri dibçəklər qoyulub

0

  • Xocalı şəhərində aparılan quruculuq-abadlıq işləri çərçivəsində yaşıllıqların salınmasına xüsusi diqqət verilir. Şəhərinin girişində - çay kənarında salınan bulvar estetikası ilə xüsusilə seçilir.

    “Bakı Abadlıq Xidməti” MMC-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bulvarın görünüşünə fərqlilik gətirən əsas detal isə əlvan çiçəkli iri dibçəklərdir. Xüsusi olaraq, “Green Garden” şirkəti tərəfindən İngiltərədən Azərbaycana, Xocalı bulvarı üçün gətirilən bu dibçəklər gözəlliyi ilə yanaşı, özəlliyi ilə də diqqət çəkir. Çiçəklərin daim təravətli qalmasının sirri dibçəklərdə suyun düzgün bölünüb paylanmasına daxili nəzarətin olmasıdır. Bundan əlavə, yeni dibçəklər su sərfiyyatına ciddi qənaət etmək imkanı verir. Həftədə cəmi bir dəfə, sərin havada isə daha az suvarma tələb edir və artıq suyu saxlamamaq kimi bir qabiliyyəti var.

    Xocalıda genişlənməkdə olan bulvarı bəzəyən, kiçik modelləri işıq dirəklərinə bərkidilən “London dibçəklərində” çiçəklər hər zaman diqqət çəkir. Xocalının girişindəki “fidanlıq” isə torpağın xüsusiyyətləri nəzərə alınmaqla seçilən nadir bitkiləri, əlvan rəngləri ilə göz oxşayır. Həmin fidanlar da Xocalı şəhərində yaşıllıqların salınmasında istifadə ediləcək.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib6 dəfə
    Xocalı bulvarına əlvan çiçəkli iri dibçəklər qoyulub

    Maraqlı gələ bilər