Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALI LALƏZARI - ŞEİR

5/5

  • Burda qırmızı lalələr
    Saya gəlməz, Xocalı...
    Qırmızı köynək geysən də,
    Dərd köhnəlməz, Xocalı!

    Gözümüzün biri gülər,
    Biri ağlar, Xocalı.
    Bu lalələr min dərdimə
    Məlhəm olar, Xocalı!

    Bu laləzar qırğınlara,
    Qadalara “Yox!” deyər.
    Düşmənə meydan oxuyar,
    “Gözəlliyə bax!” deyər...

    Oxşar Şəhid ruhlarını,
    Məzarları qucaqlar.
    Bu laləli yurdda yenə
    Gur yanacaq ocaqlar...
    Mina Rəşid
    Aprel-may, 2024.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməMədəniyyət
    KateqoriyaMədəniyyət xəbərləri
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib188 dəfə
    xocali lalƏzari

    Maraqlı gələ bilər
    29
    51
    39
    41
    0
    50
    29
    45