Noyabrın 6-da Xocalı rayon Kosalar, Yaloba və Əli Kərim adına Başkənd kənd tam orta məktəblərinin iştirakı ilə Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində konfrans keçirildi.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Böyük Zəfər Heydər Əliyev siyasətinin möhtəşəm nəticəsidir" mövzusunda keçirilən konfransda Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəb rəhbərlikəri və şagirdlər iştirak etdilər.
Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.
Sonra konfrans iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini əsk etdirən fotoşəkil və kitablarla yaxından tanış oldular.
Konfrans iştırakçılarını salamlayan Mərkəzin direktor əvəzi İlknur İsgəndərova şagirdlərin, indiki və gələcək nəsillərin Heydər Əliyev irsinin öyrənməsinin vacib olduğunu qeyd etdi. Bu mənada məktəb rəhbərliklərinin təşəbbüsünün təqdirəlayiq oldunu vurğuladı.
Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev 44 günlük haqq savaşımızda əldə etdiyimiz Şanlı qələbədən söz açaraq bildirdi ki, güclü Azərbaycanın əsasını qoyan Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etidirildi. Bu siyasətin sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan 44 günlük Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü bərpa etdi.
Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin tarix müəllimi Akif Rüstəmov məruzə ilə çıxışında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvimdən başlanan yol tariximizə şanlı Zəfər səhifəsini yazdı.
Daha sonra çıxış edən Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin direktoru Məhəmməd Məmmədov, Yaloba kənd tam orta məktəbinin direktoru İslam Bayramov, Kosalar kənd tam orta məktəbinin direktoru Rafiq Quliev Heydər Əliyevin həyat və fəaliyyətindən söz açdılar. Qeyd olundu ki, Heydər Əliyevin Azərbaycan qarşısında xidmətlərindən danışdıqca bitməz. Heydər Əliyevin ən böyük xidmətlərindən biri onun siyasi kursunu layiqincə davam etdirən, böyük əziyyətlər hesabına qurduğu Azərbaycanı yaşadacaq bir lideri yetişdirməsidir.
Sonda Yaloba kənd tam orta məktəbinin IX sinif şagirdləri Quliyeva Gültəkin və Kərəmli Fatimə Ulu öndərə Heydər Əliyevə və Böyük Zəfərimizə həsr edilmiş şeirlər söylədilər.
Konfransa belə əlamətdar tədbirlərin tezliklə Xocalıda, Xankəndidə də keçirilməsi arzu edildi.