Goranboy Rayon Məhkəməsinin hakimi Tural Mehman oğlu Ələkbərov vəzifəsindən azad edilib.
Bu, Prezident İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” imzaladığı Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, T.Ələkbərov Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.