Dekabrın 25-də Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədovun rəhbərliyi ilə “2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirilib.
Müşavirədə Xocalı Rayon Mərkəzi Xəstəxanası direktoru Aqil Məmmədov, Xocal RMX-nın tabeliyində olan ASM müdirləri, həkim və tibb, ümumi xəstəxana kollektivi iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Aqil Məmmədov müşavirə iştirakçılarına 2023-cü il ərzində görülən işlərdən söz açıb. Ümumilikdə görüləcək işlərin çox olduğunu diqqətə çatdırıb:
“Növbəti ildə qarşımızda böyük vəzifələr var. Bu vəzifələrin öhdəsindən gəlmək üçün hər biriniz ilk növbədə xəstəxana idarəetməsinə, əlçatan, keyfiyyətli tibbi xidmətlərin təşkilinə, pasiyent məmnunluğuna və təhlükəsizliyinə diqqəti daha da artırmalısınız. Vətəndaş qəbuluna, xəstəxanada növbəliliyin tənzimlənməsinə, şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşılmalıdır. Bu gün qarşıya çıxan problemlər və onların həlli yollarının müzakirəsi bizə növbəti ildə yeni hədəflərə çatmağımıza töhfə verəcəkdir”.
Daha sonra çıxış edən Ümumi şöbə müdiri Nuriyyə Hüseynova, baş mühasib Şəfaqət Əhmədova, ASM bölmə müdirləri görülmüş işlər və qarşıda duran məsələlər barədə vəlumat verilib.
Sonda Aqil Məmmədov Dünya Azərbaycanlıların Həmrəyliyi və Yeni İl münasibəti ilə kollektivi təbrik edib.