Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin təşəbbüsü, Xocalı Rayon Mərkəzi Xəstəxanası və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə bu gün qanvermə aksiyası baş tutub.
Təşkil olunan aksiyada xəstəxananın, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Məlumat üçün qeyd edək ki, Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.