Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalının ümumtəhsil müəssisələrində “Xocalı Soyqırımı”nın 32-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

0

  • Xocalı rayonunun ümumtəhsil müəssisələrində “Xocalı Soyqırımı”nın 32-ci ildönümü ilə əlaqədar tədbirlər, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, “açıq dərs”lər vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə Xocalı şəhərində 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşilik barədə şəkillər və məqalələr vasitəsilə geniş məlumat verilib.

    Məktəb rəhbərliyi və şagirdlər Xocalı soyqırımı abidələrini ziyarət edərək önünə gül dəstələri düzüblər.

    Tədbirlərin keçirilməsində məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək, qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq və vətən uğrunda şəhid olan oğul-qızlarımızı heç zaman unutmamaqdır. Şagirdlər “Xocalı Soyqırımı”na həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.Həmçinin şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçirilib, sənədli və bədii filmlər nümayiş olunub.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib32 dəfə
    xocalı rayon ümumtəhsil müəssisələrində

    Maraqlı gələ bilər
    116
    127
    61
    11
    47