Xocalı rayon Meşəli kənd tam orta məktəbində təhsil alan 9-11-ci sinif şagirdləri arasında “Ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 5.1.1-ci bəndinə əsasən “Gənclər arasında ailə dəyərlərinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbir iştirakçılarına mövzu ətrafında geniş məlumat verildi və onları maraqlandıran suallar cavablandırıldı.