Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı - sağalmayan yaramız

0

  • O fevral gecəsi şaxtalı bir gün,
    Əsası qoyuldu ən böyük zülmün
    Xocalı qırğını, Xocalı hüznü,
    Vətən ağrısıdır, bu matəm günü.
    1992-ci il fevral ayının 26-da silahlanmış erməni yaraqlıları bu şəhəri yer üzündən sildilər. Xocalı ilə əlaqə gecə ikən kəsilmişdi. Düşmən şəhəri ataşə tutmağa başladı. Şəhərin sakinləri təlaş içində müxtəlif istiqamətlərə qaşmağa başladı. Çoxlu sayda şəhər əhalisi həlak oldu. Beləliklə bu şəhər elan olunmamış Qarabağ müharibəsinin qanlı səhifələrindən birinə çevrildi. Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmüdarların zülümkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə , hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqibinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilərinin xislətinin iç üzünü açıb bütün dünyaya göstərdi.
    Azərbaycan xalqı öz ərazisində təhqirə məruz qalmışdır. Şəhəri işğal edənlər heç kimə rəhm etmirdilər, nə uşağa, nə qocaya, nə cavana. Qaçaraq canını qurtarmaq istəyənləri isə pulemiyot atəşi ilə güllələyir və tank altında əzirdilər. Yer, göy və ətrafda hər şey anaların nalələrini səsləyərək Xocalı şəhidlərinə sızıldayaraq yas saxlayırdı. Heç, düşmənə bunu bağışlamaq olarmı?! Əlbətdə ki, xeyr. 32 ildən sonra Azərbaycan ordusunun igid, qəhrəman oğulları tarixi ədaləti bərqərar etdi və Xocalı faciəsinin qisasını aldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azadlığına qovuşdurudu, Vətən uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, Xocalıda və digər ərazilərimizdə erməni qətliamına məzruz qalan mülki vətəndaşlarımızın qisasını döyüş meydanında aldı.
    Artıq biz əllərimizdə qırmızı qərənfillər Xocalı soyqırımının daşlaşmış əksi – “Ana harayı” abidəsini, Şəhidlər xiyabanını, bölgələrimizdəki şəhid məzarlarını alnıaçıq, üzüağ, şəhidlərimizin qisasının yerdə qalmamasından duyduğumuz qürür hissi ilə ziyarət edirik.
    Ruhunuz şad olsun, uca şəhidlərimiz!


    Bu gü vətənimin qürur günüdür!
    Daha göz yaşını sil, ay Xocalı!
    Bu gün vətənimizin məğrur günüdür!
    Qisasın alındı bil, ay Xocalı.

    Mərd oğullarımız dastan yazdılar.
    Düşmənin alnına damğa basdılar.
    Üç rəhgli bayrağı artıq asdılar!
    Sən artıq azadsan, gül,ay Xocalı!

    Elnarə Həsənova,

    Xocalı şəhər 1 nömrəli tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib153 dəfə
    Xocalı sağalmayan yaramız

    Maraqlı gələ bilər
    45
    48