07 noyabr 2024-cü il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 4 nömrəli tam orta məktəbin idman zalında "8 noyabr - Zəfər Günü" nə həsr olunmuş idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında (pnevmatik) tir atıcılığı üzrə şəxsi birincilik keçirilmişdir. Birincilikdə müxtəlif idarə və təşkilatlardan 24 nəfər əməkdaş iştirak etmişdir.
Qaliblər Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.