Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalılar 8 Noyabr - Zəfər Gününü təntənə ilə qeyd etdilər

0

  • 8 Noyabr - Zəfər Günü münasibətilə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən "Heydər Parkı"nda konsert proqramı təşkil edildi.

    Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubovun, hüquq-mühafizə, idarə, müəssisə rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının qatıdıldıqları tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzüldü.

    Sonra Xocalı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Xocalı rayon məktəblilərinin 44 günlük qəhrəmanlıq salnaməsinə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgiyə baxış oldu.

    Daha sonra Dövlət Himnimiz səsləndirildi. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

    Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək Zəfər Bayramı münasibətilə xalqımızı təbrik etdi. Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən və antiterror tədbirlərindən söz açan rayon başçısı bu gün hər birimiz qürur və fəxrlə zəfər şənliyində iştirak etdiyimizi qeyd etdi. Vurğuladı ki, Zəfərin qazanılmasında qəhrəman şəhidlərimizə və qazilərimizə borclu olduğumuyuq. Artıq üstümüzdən qara buludlar çəkilib. Bu sevinci xalqımızın üzündə görmək xoşbəxtlikdir. Səriştəsiz hakimiyyətin ucbatından müsibətlər görmüş, soyqırıma düçar olmuş xocalılar artıq mənən rahatdır. Çünki qisasımız alınıb. Şəhidlərimizin ruhları şaddır. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli və müdrik rəhbərliyi, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olan, onun siyasi varisi Prezident İlham Əliyevin apardığı siyasətə həmişə inanan xocalılar artıq doğma torpaqlara qayıdışa hazırlaşır.

    Konsert proqramında Xocalı rayon mədəniyyət işçiləri bayram əhval-ruhiyyəli mahnılar ifa etdilər, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə vətənpərvərlik ruhunda kompozisiya nümayiş olundu.

    Tədbir xoş ovqatla yekunlaşdı.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib64 dəfə
    xocalılar 8 noyabr zəfər gününü təntənə ilə qeyd etdilər

    Maraqlı gələ bilər
    43
    61
    95
    45
    56
    86