Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalının Ballıca kəndinə ilk köçən ailələrə evlərinin açarları təhvil verilib

0

  • Xocalı rayonunun erməni işğalından azad edilmiş Ballıca kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk köç gerçəkləşib.

    Xocalininsesi.az xəbər verir ki, müxtəlif şəhər və rayonlardakı müvəqqəti məskunlaşma yerlərində yaşayan ümumilikdə 152 nəfər olmaqla 27 ailə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz vətənlərinə köçürülüblər.

    Xocalı sakinlərini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb. Elçin Yusubov mənzillərin açarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıb.

    Yenidən bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib.Tibb və polis məntəqələri binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da sakinlərin ixtiyarına verilir.

    Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi şəhər mərkəzindən 10.6 km metr məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan alıb. Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir.

    Xatırladaq ki, kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2023-cü ildə sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olunub.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib60 dəfə
    xocalının ballıca kəndinə ilk köçən ailələrə evlərinin açarları təhvil verilib

    Maraqlı gələ bilər
    65
    63
    84