Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XXI əsr- Müasir dünya və uşaq hüquqları

0

  • 14 noyabr 2023-cü il tarixində Xocalı rayon Yaloba kənd tam orta məktəbində gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır. Uşaqlar bəşəriyyətin ən qiymətli sərvətidir. Bu sərvətin qorunması və gələcəkdə cəmiyyətin inkişafı üçün uşaqların hüquqlarını qorumağa ehtiyacı var. Böyüklərdən fərqli olaraq, uşaqların xüsusi qayğıya ehtiyacı olur. Cəmiyyətin inkişafının müəyyən mərhələsində uşaqlar ciddi istismara məruz qalmışlar. Zaman keçdikcə cəmiyyətin qabaqcıl adamları uşaqların daha yaxşı inkişafının qayğısına qalmaq məqsədilə onların hüquqlarının qorunması məsələsini irəli sürmüşlər. Ayrıca uşaq hüquqları haqqında konvensiya qəbul etmək məsələsi də buradan qaynaqlanmışdır. İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşağa qayğı göstərilməsində və onların hüquqlarının qorunmasında ailə və valideynlər birinci dərəcəli rol oynayır. Habelə, valideynlərin öz vəzifələrini yerinə yetirməsində dövlət də məsuliyyət daşıyır. Ümumiyyətlə uşaqların güzəranının yaxşılaşdırılması, onların iqtisadi istismardan, bütün sui-istifadə hallarından maksimum müdafiə sahəsində başlıca məsuliyyəti dövlət daşıyır. Odur ki, hər bir dövlət bu məqsədlə müvafiq qanunlar qəbul etməklə cəmiyyətin qiymətli sərvəti olan uşaqların qorunması qayğısına qalır. Uşaq hüquqlarının qorunması sahəsində beynəlxalq təşkilatlar da mühüm rol oynayır. Xüsusən Birləşmiş Millət Təşkilatı bir çox sahələr üzrə ciddi qərarlarla yanaşı, uşaq hüquqlarına dair qərararda qəbul etmişdir. 1989-cu ildə BMT tərəfindən qəbul olunmuş ꓹꓹUşaq Hüquqları Haqqında Konvensiya” da bu qəbildəndir. Həmçinin uşaqların hüquqlarının müdəfiəsi ilə birbaşa məşğul olan xüsusi təşkilat da yaradılmışdır. Bu təşkilat BMT-nin tabeliyində olan YUNİSEF təşkilatıdır.
    “Uşaq Hüquqları Haqqında Konvensiya”nın əsas müddəaları bunlardır.
    ---Uşaqlar ailədə və ya onlara daha yaxşı qulluq edən adamların himayəsində tərbiyə almaq hüququna malikdirlər.
    ---Uşaqlar doyunca yemək və lazım olan qədər təmiz sudan istifadə etmək hüququna malikdirlər.
    ---Uşaqlar lazımi həyat şəraiti hüququna malikdirlər
    ---Uşaqlar tibbi müəyinə almaq hüququna malikdirlər.
    ---Qüsurlu uşaqlar xüsusi qayğı və təhsil hüququna malikdirlər.
    ---Uşaqlar İstirahət etmək hüququna malikdirlər.
    ---Uşaqlar pulsuz təhsil hüququna malikdirlər.
    ---Uşaqlar təhlükəsiz həyat şəraiti, kobud və ya başdansovdu münasibətə etiraz etmək hüququna malikdirlər.
    ---Uşaqlar ucuz işçi qüvvəsi və ya əsgər kimi istifadə oluna bilməzlər.
    ---Uşaqlar öz ana dilində danışmaq dininə etiqad, öz mədəniyyətinə riayət etmək hüququna malikdirlər.
    ---Uşaqlar öz fikirlərini söyləmək və öz baxışlarını bildirmək üçün bir yerdə yığışdırmaq hüququna malikdirlər.
    İnsan hüquqları təbiət və cəmiyyət tərəfindən insanların normal yanaşması üçün onlara verilən səlahiyyətlərdir. İnsanların dilindən dinindən, irqindən, cinsindən, siyasi əqidəsindən asılı olmayaraq, insan hüquqları hamıya eyni dərəcədə şamil edilir, insan hüquqları yaşamaq üçün əlverişli ortaq normativlərdir. İnsan hüquqları yalnız insanlara aiddir. Əgər insan hüquqları olmasa, insan sadəcə bioloji varlıq olar. İnsanın əsas tələbatları elə insan hüquqları deməkdir. Bu hüquqları insan qazanmır, onlar bütün insanlara eyni dərəcədə məxsus olur. Amma bu hüquqlar bəzən kobudcasına insanların əllərindən alınır. Bəzi dünya ölkələrində uşaqlar məktəbə, geyimə, qidaya, hətta suya belə möhtacdırlar. 1980-ci illərin sonu 90-cı illərin əvvəllərində xalqımızın başına gətirilən müsibətlər cəmiyyətdə sabitliyin pozulması, ciddi çətinliklərlə üzləşməyimiz, səksəkə və təşviş içində yaşamağımız uşaqlarında həyatında öz mənfi təsirini göstərmişdir. Baş verən müharibələr onlarında həyatında şən qağısız uşaqlıq illərini almışdır. Axıdılan qanlar, o cümlədən uşaqların gözü qabağında həmyaşıdlarının amansızcasına həlak olmaları uşaqların psixologiyasına öz mənfi təsirini göstərmişdir. 27 sentyabr 2020-ci il Erməsintan növbəti dəfə Azərbaycana qarşı müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə hərbi təxribata başladı. Əlbəttə ki, Azərbaycan ordusu buna biganə yanaşmadı 44 gün davam edən müharibədə nəinki Ermənistan ordusu susduruldu, Azərbaycan işğal altında olan torpaqlarımızı da azad etdi. Müharibə dövründə nəinki hərbi hissələrimiz, o cümlədən yaşayış məskənlərimiz, mülki əhalimiz də atəşə tutuldu. Təkcə Gəncə 5 dəfə raket hücumuna məruz qaldı. Bu hücum nəticəsində 27 mülki şəxs şəhid olmuş, 125 yaralanmışdır. Ölən və yaralananlar arasında uşaqlar da var. Zaman keçsə də, məkan dəyişsə də insanların hüquqları pozulur. Ey insanlar gəlin əl-ələ verək hüquqlarımızın pozulmasına imkan verməyək.
    Mehriban Məhərrəmova,
    Xocalı rayonu Yaloba kənd tam orta məktəbin Biologiya müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib184 dəfə
    xxi əsr müasir dünya uşaq hüquqları

    Maraqlı gələ bilər