18 dekabr 2023-cü il tarixində YAP Goranboy rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatı 122 saylı Xankəndi və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairələri üzrə 07 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab Prezident İlham Əliyevin lehinə imza toplayacaq şəxslərlə seminar keçirildi. İmza toplayacaq şəxslərə imza vərəqlərinin nümunələri, imza vərəqinin doldurulmasına dair hazırlanmış yaddaş vərəqi təqdim edildi və imza vərəqinin tələb olunan qaydada doldurulması üçün ətraflı izahat və imza toplayan şəxslərin suallarına dair geniş açıqlamalar verildi. Seminar olduqca işgüzar şəraitdə keçdi.