Filippin Yaponiyanın özünümüdafiə qüvvələrinə Tokio və Manila arasında gələcək müdafiə paktı çərçivəsində birgə hərbi təlimlər üçün qoşun yerləşdirməyə icazə verəcək. İki dövlət arasında əlaqələrin güclənməsinə səbəb Çinin Spratli arxipelaqı ilə bağlı "iddialı" xarici siyasətidir.
xocalininsesi.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" xəbər yayıb.
"Yaponiya və Filippin yapon qoşunlarının birgə hərbi təlimlər, o cümlədən canlı atəş təlimləri üçün yerləşdirilməsinə imkan verəcək əsas müdafiə paktı imzalayacaqlar. Filippin qoşunlarının birgə döyüş təlimləri üçün Yaponiyaya səfərinə də icazə verəcək qarşılıqlı giriş sazişi Filippinin müdafiə naziri Gilberto Teodoro və Yaponiyanın xarici işlər naziri Yoko Kamikava tərəfindən imzalanacaq", - deyə məlumatda bildirilir.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/world/1216928.html