Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə əlaqədar dəyirmi masa keçirilib

0

  • Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14 mart 2024-cü il tarixində rayonun idarə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, ictimai fəalların iştirakı ilə “Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə əlaqədar dəyirmi masa keçirilib.

    Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bununla bağlı Xocalı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş, rayonda görüləcək işlərə dair Tədbirlər Planı barədə məlumat verib.

    Çıxış edən digər natiqlər qeyd ediblər ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

    “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Ümdə məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır.

    Vətənimizdə 10 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir. 1925-ci ildə yaradılmış ilk qoruq Göygöl Dövlət Təbiət Qoruğudur. Azərbaycanda Milli Park və Qoruqlar ölkə ərazisinin 10,3 faizini təşkil edir.

    Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir. Ulu Öndərin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan vermişdir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib84 dəfə
    “Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə əlaqədar dəyirmi masa keçirilib

    Maraqlı gələ bilər
    60
    53
    136