Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici tədbir keçirilib

0

  • “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 ərəfəsində həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlər, yaşıllaşdırma işləri çərçivəsində Xocalı rayonunda da bir sıra tədbirlər keçirilməkdə davam edir. Bu məqsədlə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici tədbir keçirilib.

    Çıxış edənlər iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini vurğulayıblar. Sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, həmçinin ekoloji maarifləndirmənin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilib. Sağlam dünya naminə, ətraf mühitə diqqət və qayğının artırılmasından, yaşıllıqların salınmasında aktiv iştirak etməyin vacibliyindən danışılıb.

    Tədbir diskussiya şəklində davam etdirilib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib16 dəfə
    yaşıl dünya namiunə

    Maraqlı gələ bilər
    44
    49