Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizdə mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi

0

  • Azərbaycan müstəqillik əldə edəndən sonra ölkəmiz iqtisadi cəhətdən tənəzzül dövrünü yaşadığı qədər siyasi arenada da ciddi böhran hökm sürürdü. Azərbaycan özünün acınacaqlı, keşməkeşli və ağır dövrünü yaşadığı bir vaxtda ölkəni böhrandan qurtarmaq kimi ağır yükün öhdəsindən gələ biləcək bir siyasi təşkilatın yaranmasına çox böyük ehtiyac var idi. Məhz belə bir vaxtda Azərbaycan ziyalılarının təşəbbüsü və iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı. YAP-ın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə möcvud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

    1988-ci ildən başlanan xalq hərəkatı gedişində və sonralar yaranmış təşkilatlar ölkəni düşdüyü iqtisadi və siyasi böhrandan nəinki qurtara bilmədi, əksinə, mövcud durumu daha da gərginləşdirdi. Siyasi qüvvələrin bir-biri ilə çəkişməsi, hakimiyyət uğrunda mübarizəsi Azərbaycanı məhvə doğru aparırdı. Əlbəttə, belə bir durum ölkəmizin qabaqcıl ziyalılarını çox narahat edirdi. Ölkənin taleyini, gələcəyini düşünən insanlar Azərbaycanı məhvolma təhlükəsindən xilas edə biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Həmin müraciət əslində, xalqın istəyini ifadə edirdi.

    Ümummilli Lider Heydər Əliyev o vaxt blokada şəraitində olan Naxçıvanda Ali Məclisə sədrlik edirdi. Hakimiyyətdə olan qüvvələr onun Bakıya gəlməsinə maneələr törədirdi. Belə olan halda 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldu.

    1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul etdi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi.

    Beləliklə , müstəqil Azərbaycan tarixində böyük bir missiyanı üzərinə götürən Yeni Azərbaycan Partiyası yarandı. YAP yarandığı gündən bu günədək şərəfli inkişaf yolu keçib. Ümumxalq partiyasına çevrilən YAP ölkəmizin hərtərəfli inkişaf istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib və böyük uğurlara imza atıb.

    Ulu Öndər Heydər Əliyevin mirası olan YAP ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Dahi şəxsiyyətin söylədiyi: “ YAP dünənin, bu günün və gələcəyin partiyasıdır!” -kəlamı bu gün, həqiqətən də, öz təsdiqini tapmışdır.

    Zülfü Quliyev,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib94 dəfə
    aze

    Maraqlı gələ bilər
    53
    54
    47
    46
    52
    170
    30