Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yeni dövrün böyük nailiyyətləri olacaq

5/5

  • Dünyanın bütün ölələrində insanın yaxşı yaşamasının, xoşbəxt həyat tərzi keçirtməsini şərtləndirən əsas amillərdən biri də həmin ölkədə əmin - a manlığın və sabitliyin bərqərar olmasıdır. Azərbaycan xalqı da sabitliyi, sülhü daha çox sevən bir xalq olsa da, təəssüflə demək olar ki, ətrafımızda olan bəzi mənfur qonşular heç bir köklü səbəb olmadan daim bizə qarşı düşmənçilik mövqeyində dayanmış, tarix boyu xalqımızın rahat yaşamasına imkan verməmişlər. Tarixin əksər mərhələlərində Azərbaycan qarşı düşmənçilik mövqeyində olan ölkələrin başında mənfur qonşumuz olan Ermənistan dayanmışdır. Halbuki bu du dıranaqarası dövlət bütövlükdə qədim Azərbaycan ərazilərində yaradılmışdır. Azərbaycanın Zəngəzur və digər mahallarında məskunlaşmış ermənilərin ölkəmizin ərazisinə axını uzun müddət davam etmiş, nəhayət ölkəmizin əsas faciəsinin başlanğıcı olan Gülüstan və Türkmənçay müqaviləsindən sonra İrandan və Türkiyədən son olaraq xeyli sayda erməni ölkəmizin Qarabağ bölgəsinə yerləşdirilmişlər. Necə deyərlər iş - gücləri nankorluq olan ermənilər bir balaca özlərinə gələn kimi, Azərbaycana qarşı ərazi iddiaları qaldırmış və xalqımıza qarşı terrorçuluq fəaliyyətinə başlamışlar. Məlum olduğu kimi erməni faşistlərinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğala məruz qalmış, bir milyon Azərbaycan vətəndaşı öz ölkəsində məcburi köçkün vəziyyətinə düşmüşlər. İşğal 30 il davam etmişdir. Üstəlik də işğalın bu qədər uzun sürməsindən ruhlanan erməni faşistləri yeni ərazilər işğal etmək niyyətində olduqlarını açıq - aşkar bəyan etmişlər. Lakin işğalın bu qədər uzun sürməsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün Beynəlxalq kürsülərdə, görüşlərdə xalqımızın bu işğalla barışmayacağına, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyinə diqqəti yönəltmişdir. Nəhayət Azərbaycan Respublikasının Prezidenti sözünə sadiq qalaraq 27 sentyabr 2020 - ci il tarixdə Azərbaycan ordusuna qarşı erməni separatçılarına qarşı vur əmri verdi. 44 gün ərzində rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Ağ bayraq qaldıran ermənilər kapitulyasiya haqqındakı aktda öz əksini tapan müddəalara əməl etmədilər və Azərbaycan məcburiyyət qarşısında ölkəmizin ərazisində qalmış 15 minlik erməni hərbi birləşmələrinə qarşı uğurlu antiterror əməliyyatı keçirdib erməni separatizminə son qoydu. Azərbaycan üçün yeni eranın başlandığını əldə rəhbər tutan Ölkə Başçısı İlham Əliyev 07 fevral 2024 - cü il tarixə Növbədənkənar Prezident Seçkiləri təyin etdi. Azərbaycan xalqı yekdil şəkildə özünün Müzəffər Ali Baş Komandanı İlham Əliyevi yenidən Prezident seçdi. 14 fevral 2024 - cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev and içdi. Andiçmə mərasimində çıxış edən İlham Əliyev çıxış edərək Yeni dövrdə yeni hədəflər barədə geniş məlumat verdi.
    Azərbaycan Prezidenti qeyd etdi ki, mən bu seçkilərdə Xankəndi şəhərində səs verdim. Əlbəttə, mən ölkənin istənilən ərazisində səs verə bilərdim. Mənim orada səs verməyim böyük məna daşıyır. Bilirsiniz ki, separatçılar bu binada Azərbaycan əleyhinə bir çox qərarlar vermişlər. Erməni separatçıları ilk dəfə bu binanın qarşısına toplaşaraq Azərbaycan əleyhinə şüarlar səsləndirmişlər. Mənim burada qutuya saldığım adi bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi. Azərbaycan Prezidenti daha sonra vurğuladı ki, biz bundan sonra da ordu quruculuğunu diqqət mərkəzində saxlayacağıq. Çünki biz torpaqlarımızın işğaldan azad edilməsinə ordumuz sayəsində müvəffəq olmuşuq. Digər tərəfdən biz milli - mənəvi dəyərlərimizi qorumağa borcluyuq. Bütövlükdə götürdükdə milli - məməvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır. Ölkə Başçısının andiçmə mərasimindəki möhtəşəm çıxışı Azərbaycan xalqının gələcəkdə daha yaxşı yaşamasının müjdəçisidir. Ələddin Əhmədov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi9 ay öncə
    İzlənib172 dəfə
    yeni dövrün böyük nailiyyətləri olacaq

    Maraqlı gələ bilər
    43
    51
    54