Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yeni həyata çağırış – “Son zəng”

0

  • 14 iyun tarixdə Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi Xocalı rayon ümumtəhsil məktəblərində də "Son zəng" günü ilə bağlı tədbir keçirildi.

    Son zəng tədbirlərində Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə rəhbərləri və  digər təhkim olunmuş ziyalılar iştirak etdilər.

    Xocalı şəhər 1 saylı tam orta məktəbdə iştirak edən Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında rayonumuzun icra başçısı Şahmar Usubov adından bütün məzunları təbrik edərək, onlara müstəqil həyatda uğurlar arzuladı.
    Dövlət və dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açdı. Ötən illərə nisbətən bu il əldə edilən təhsil uğurlarına, eləcə də bu tədbirin təşkilinə görə məktəbin pedaqoji kollektivinə təşəkkürünü bildirdi.

    Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri rəngarəng şeirlər, şən mahnılar, rəqslər tədbirə xoş ovqat qatdı. Məzunlarla birincilərin bir-birinə gül-çiçək dəstələri və hədiyyələr təqdimetmə səhnəsi isə sanki təhsil estafetinin balaca məktəblilərə verilməsinə işarə idi.
    Nəhayət, onbirincilərin sevinc və həyəcan dolu duyğularla gözlədikləri an yetişdi, son zəngin sədaları eşidildi.
    Məzunlar məktəblə və müəllimləri ilə son dəfə vidalaşaraq xatirə şəkilləri çəkdirdilər. Bu xatirə nəinki rəsmlərdə, eyni zamanda qəlblərinin dərinliklərində uzun müddət qalacaqdır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib41 dəfə
    yeni həyata çağırış “son zəng”

    Maraqlı gələ bilər
    66
    25
    50
    41