Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi

0

  • 9 dekabr 2024-cü il tarixində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Rayon Mədəniyyət Evində bayram tədbiri keçirildi.
    Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərən şəxslər iştirak etdi.
    Əvvəlcə şəhidlərin, 25 dekabr tarixində təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
    Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qareyeva iştirakçıları və onların simasında Xocalı rayonunun bütün sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi. 2024-cü ilin ölkəmiz üçün əhəmiyyətli və yaddaqalan olduğunu bildirdi. Qeyd etdi ki, 7 fevral tarixində xalqımız böyük etimad göstərərək Cənab İlham Əliyevi Prezident seçmişdir. Cənab Prezidentin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” kimi tarixə düşmüşdür. Belə ki, ölkəmizin bütün ərazisində ekoloji mühit qorunmuş, yaşıllıqların sayı artmış, minlərlə ağac əkilmişdir. Bu da vətəndaşlarımızın sağlamlığına xidmət etmişdir. Noyabr ayında isə COP29 beynəlxalq tədbirinə ev sahibliyi etməyimiz respublikamızın və xalqımızın dünyada siyasi çəkisini daha da artırmışdır.
    Lamiyə Qarayeva çıxışını davam etdirərək ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirdi. Qarabağ və Şərqi Zəngəzurda aparılan Böyük Qayıdış prosesi və abadlıq-quruculuq işlərinin Xocalı rayonunda da yüksələn templə davam etdiyinə diqqət yetirdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olundu. Əminik ki, 2025-ci il xalqımız və dövlətimiz üçün daha da uğurlu il olacaqdır.
    Tədbirdə Xocalı rayon 4 saylı tam orta məktəbin şagirdləri bayram səhnəciyi nümayiş etdirdilər.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib7 dəfə
    yeni İl Şənliyi

    Maraqlı gələ bilər
    64
    59
    0