Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yevlax rayonunun ən yaşlı seçicisinin 112 yaşı var

0

  • 52 saylı Yevlax seçki dairəsinin tərkibinə daxil olan 55 seçki məntəqəsində 53 min 638 seçici qeydə alınıb. 
    xocalininsesi.az Secki-2024.az-a istinadən xəbər verir ki, seçicilərdən 3926 nəfəri ilk dəfə səs verəcək gənclərdir ki, onlardan da 114-nün 18 yaşı bu il tamam olub. Seçicilərin 879 nəfəri 80-100 yaş arasında, 4 seçicinin yaşı isə 100-dən artıqdır. 47 saylı seçki məntəqəsində qeydə alınmış 112 yaşlı Səmayə Bəşirova rayonun ən yaşlı seçicisidir.
    52 saylı Yevlax seçki dairəsi və məntəqə seçki komissiyalarında Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq işləri başa çatıb. Dairənin tərkibində olan seçki məntəqəsinin hamısı zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. 15 seçki məntəqəsində vebkamera quraşdırılıb. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bidirişlərin paylanması başa çatdırılıb, müşahidəçilərin qeydə alınması isə davam etdirilir. Bu günədək dairə seçki komissiyasında 658 müşahidəçi qeydiyyatdan keçib.

    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


    Mənbə: https://news.milli.az/country/1179501.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi8 ay öncə
    İzlənib55 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    48
    59
    186
    21