Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yurdumuza bahar gəlir

0

  • Yurdumuza bahar gəlir

    “Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı!
    Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.”
    “Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.”
    “Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur.”
    Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı.
    Bahar gəlir bizim azad ellərə,
    Mahnı qonur dodaqlara, dillərə.
    Parlaq günəş meydan açır güllərə,
    Qaranquşun müjdəsidir Novruzum!
    “Sevindirici haldır ki, Novruz bayramı işğaldan azad olunan rayonlarda da qeyd olunur. Bu, Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.”
    “Artıq Cənab Prezident həm Ümummilli Lider Heydər Əliyevin arzularını, həm də öz vədini reallığa çevirib. Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər sayəsində hazırda Novruz bayramının xaqlımıza Qarabağda qeyd oluması nəsib olub. Artıq üç ildir ki, Prezident İlham Əliyev Novruz bayramını işğaldan azad olunmuş rayonlarda edir".
    Bu gün Xocalıda qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.
    Əvvəlki illərdən fərqli olaraq, bu il bayram sevincimiz iki qat artmışdır. Çünki bayram tonqalı illərdir yolumuzu gözləyən, doğma yurdum olan Xocalıda qalandı. Sanki üşüyən qəlbimiz həmin anda isinməyə başladı.Bir Xocalı sakini olaraq bu sevinci bizə yaşadan Ali Baş Komandanimiza təşəkkür edir, İlhamla irəli deyirik.Eminem ki bu yolda bizi daha da parlaq gələcək gözləyir.
    Samirə Məmmədova,
    Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib85 dəfə
    Yurdumuza bahar gəlir

    Maraqlı gələ bilər
    57
    42
    49
    34