Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zaur Ustac şəhid haqqında kitabı ailəsinə təqdim etdi

5/5

  • Azərbaycan Ordusunun 2023-cü ildə apardığı antiterror əməliyyatı zamanı şəhadətə ucalan mayor Nəcəfi Elxan Şükür oğlu haqqında kitab yazılıb.
    Məlumat üçün bildirək ki, Elxan Nəcəfinin atası Şükür Nəcəfi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olub. Elxan Nəcəfi isə Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bir çox yüksək dərəcəli medallarla təltif edilib.
    Qəhrəman şəhidimiz Elxan Nəcəfli haqqında kitab şəhidin ailəsinə təqdim edilib. Bu barədə kitabın müəllifi tanınmış şair, yazıçı, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac öz FB səhifəsində məlumat verib. Həmin məlumatı olduğu kimi oxuculara çatdırırıq.
    “Allah rəhmət eləsin... Ruhu şad olsun... Əmanət ünvanına çatdı. Bu gözəl gündə (Cümə axşamı) şəhidi-şühəda Nəcəfi Elxanın evində olduq, ziyarət etdik. Ruhuna dualar oxuduq. Yeni kitab "Nəcəfi Elxan" ı ailəsinə təqdim etdik. Balaca Şükürlə sonda da olsa, söhbət etdik...”

    Zaur Ustac sentyabrın 20-də Suraxanı RİH-in təşkilatçılığı ilə şəhidimizin anım tədbirinin keçiriləcəyi və kitabın geniş ictimaiyyətə təqdim olunacağını bildirdi.
    Şəhidimizin ruhu şad olsun!

    Mina RƏŞİD




    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib90 dəfə
    zaur ustac şəhid haqqında kitabı ailəsinə təqdim etdi

    Maraqlı gələ bilər
    39
    287
    39
    0
    57