Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfər Günü ilə Bayraq Günümüzün 8-9 noyabr tarixlərinə düşməsi xalqımızın sevincinə sevinc qatır

0

  • Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır, 1991-ci ildən müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilmişdir. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
    2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanında qurulmuş, 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
    Azərbaycan Bayrağının daim yüksəklərdə dalğalanması hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir.44 günlük Vətən müharibəsində də ölkədə demək olar ki, bütün evlərin bayrağa bürünməsi xalqımızın bayrağa olan böyük sevgisinin göstəricisidir. 29 il sonra bayrağımızın işğaldan azad olunmuş torpaqlarımızda, Azərbaycanın mədəniyyət ocağı olan Şuşada dalğalanması xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Zəfər Günü ilə Bayraq Günümüzün 8-9 noyabr tarixlərinə düşməsi xalqımızın sevincinə sevinc qatır.
    Əminə Əliyeva,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib20 dəfə
    Zəfər Günü ilə Bayraq Günümüzün 8 9 noyabr tarixlərinə düşməsi xalqımızın sevincinə sevinc qatır

    Maraqlı gələ bilər
    48
    107
    53
    52