Zəfər günü münasibəti ilə Xocalıların müvəqqəti
məskunlaşdığı Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində avto yürüş keçirildi. Xocalı sakinləri qələbənin 4-cü il dönümündə avtomobilləri bayraqlarla bəzəyərək qəsəbənin girişinə qədər avtoyürüşə qoşuldular. 20-ə yaxın avtomobilin qatıldığı avtoyürüş maraqlı görüntülərlə yadda qaldı. Qeyd edək ki, Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən avto yürüş Aşağı Ağacakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət Evinin qarşısından
başlayaraq qəsəbənin girişinə qədər və geriyə eyni istiqamətdə davam etdirildi.