Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfərimizin yekun möhürü - Xankəndi paradı

0

  • 2020-ci il sentyabr ayının 27-də Azərbaycan erməni təxribatına cavab olaraq, “Dəmir yumruq” əməliyyatını həyata keçirdi. Əks-hücumla Azərbaycan ordusu düşmənə diz çökdürdü. Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ulu Öndər Heydər Əliyevin arzusunu Prezident Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Azərbaycan ordusu erməni işğalına son qoydu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icrasını gözləyən dörd qətnaməsinin tələblərini yerinə yetirmək missiyasını öz üzərinə götürərək beynəlxalq hüququ pozan Ermənistanı cəzalandırdı.
    Ancaq müharibənin Ermənistanın tam məğlubiyyəti ilə başa çatmasına işğalçı ölkənin tərəftarları Xankəndində yuva salmış quldur rejimin qalıqlarının qorunub saxlanılması üçün canfəşanlıq göstərməyə başladılar. Ermənistanın üç il ərzində sülh danışıqları ətrafında imitasiya ilə məşğul oldular və bu müddət ərzində qoşun hissələrini Qarabağdan çıxarmadılar, əksinə, mina terroru həyata keçirdilər, habelə, təxribatçı fəaliyyət göstərdilər. Bütün bunlara cavab olaraq, Azərbaycan Qarabağda vokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Mülkü əhali və infrastruktur obyektləri hədəfə alınmadan, yalnız legitim hərbi hədəflər zərərsizləşdirildi. Sentyabrın 28-də isə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü ləğv etdiyini elan etdi. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları 10 minlərlə Azərbaycan hərbiçiləridir. Bu tarixi qələbə Prezident İlham Əliyevin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Bu, bir xalqın öz lideri ilə həmrəliyinin birliyinin təntənəsidir. Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü il dönümünə həsr olunan hərbi parat qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu parad sadəcə bir hərbi ritual deyildi, bu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun qələbə təntənəsi idi. Zəfər günündə abadlaşan Kəlbəcər, yenidən qurulan Şuşanın ardınca ermənilərin separatizm yuvasına çevirib qaçdıqları Xankəndində belə bir tədbirin yüksək səviyyədə keçirilməsi ilə Prezident İlham Əliyev bir daha dünyaya dövlətin və xalqın mənafeyi naminə güc nümayişinin də, abadlıq-quruculuq işlərinin də ən mükəmməl örnəyinə müəlliflik etdiyini göstərdi. Dövlətimizin başçısının Xankəndi paradında çıxışı, səsləndirdiyi bəyanatlar bizə bir daha qalibiyyətin, yenilməzliyin qürurunu yaşatdı. Biz xoşbəxt bir xalqıq ki, dünyanı heyran qoyan liderimiz var. Indi üç rəngli bayrağımız Xankəndimizdə dalğalanır. 37 il bundan öncə dünyaya göz açdığım doğma Xankəndim, sən azadsan! Böyüklərin danışdıqlarından yuxumda gördüyüm şəhərim, həsrət bitdi. İndi səni görəcəyimə görə sevinirəm. Gözlə bizi, doğma yurdum! Biz qayıdırıq. Bizlərə bu sevinci yaşadan, itirilmiş uşaqlığımızın qisasını alan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə şəfa arzulayıram. Yaşasın Müzəffər Ali Baş Komandanımız və biləyi bükülməz Ordumuz!
    Xankəndi Azərbaycandır!
    Ulduz Əsgərova,
    Xocalı rayon Yaloba kənd tam orta məktəbin Uşaq Birliyi Rəhbəri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib87 dəfə
    zəfərimizin yekun möhürü xankəndi paradı

    Maraqlı gələ bilər
    118
    57