Məlumdur ki, ərazisi 86.6 kvadratkilometr olan Azərbaycanın, əvəllər sahəsi 410 min kvadratkilometr olmuşdur. Ərazi baxımından bəxti gətirsə də, qonşu baxımından ölkəmizin heç də bəxti gətirməyib. Qonşuluqda olan böyük dövlətlər sərhədlərində özlərindən başqa güclü dövlətlər görmək istəmədikləri kimi, Ermənistan kimi mənşəyi bəlli olmayan cırtdan dövlət də özündən daha güclü dövlət görmək istəməyibdir. Məlum 1813 - cü il Gülüstan müqaviləsi və 1828 - ci il Türkmənçay müqavilələrinin nəticəsi olaraq Azərbaycan - Cənubi və Şimali Azərbaycan olmaqla - iki hissəyə bölündü. Mənfur qonşularımız bununla da kifayətlənməyiblər. Tarixi Azərbaycan torpaqlarına İran və Türkiyə ərazilərindən etnik erməniləri köçürdərək ərazilərimizdə erməni dövləti yaratdılar.
İranın və Rusiyanın xeyir - duası ilə burada yerləşdirilən ermənilər o qədər quduzlaşdılar ki, zaman - zaman əllərinə fürsət düşdükcə Azərbaycan torpaqlarını işğal etməyə başladılar. 1906, 1918, 1948-ci illərdə müxtəlif Azərbaycan ərazilərini ələ keçirən Ermənistan 1988 - ci ildən başlayaraq yenə də torpaqlarımızı işğal etdi. Tarixi İrəvan xanlığının ərazisindən 200 min azərbaycanlını qovub etnik təmizləmə aparan Ermənistan, Azərbaycanın 86.6 kvadratkilometrlik ərazisinin 20 faizini də işğal etdi. Bu işğal nəticəsində də bir milyon Azərbaycan vətəndaşı öz ölkəsində məcburu köçkünə çevrildi.
30 ilə yaxın müddətdə köçkünlük həyatı yaşayan bir milyon Azərbaycan vətəndaşının böyük əksəriyyəti olmazın məhrumiyyətlərlə, qeyri - insani şəraitdə yaşamağa məcbur oldular. Erməni təxribatlarından boğaza yığılan Azərbaycan 2020 - ci il sentyabrın 27 - də növbəti erməni təxribatı zamanı əks hücum həmləsi ilə erməni işğalı altında qalan torpaqlarını bir - birinin ardınca azad etməyə başladı. Ordumuz 2020 - ci ilin oktyabr aynın 4 - də Cəbrayıl şəhərini, 17 oktyabrda Füzuli şəhərini, 20 oktyabrda isə Zəngilan şəhərini işğaldan azad etdi.
Zəngilan rayonu Azərbaycanın Şimal - Qərbində yerləşən, ərazisindən 4 çay keçən əsrarəngiz təbiətə malik olan bölgələrindən biridir. Zəngilan rayonu yeraltı və yerüstü sərvətləri ilə də zəngin olan bir bölgəmizdir. Burada qızıl, mərmər və digər faydalı qazıntı yataqları da vardır. Zəngilan özünün coğrafi mövqeyinə görə də böyük strateji əhəmiyyətə malikdir. Məhz bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ilkin olaraq quruculuq - bərpa işlərinə Zəngilandan başlamaq üçün göstəriş verdi. Qısa zamanda Zəngilanda Zəngilan hava limanının və Ağalı kəndinin əsası qoyuldu.
Cəmi bir ildən sonra Ağalıda ağıllı kənd konsepsiyasına uyğun olaraq ağıllı kənd inşa edildi. Artıq hazır olan Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. İşğaldan azad edilmiş Zəngilan Azərbaycanın ən mühüm tarixi əhəmiyyətə malik bölgəsinə çevrildi. Çünki Azərbaycan Böyük Qayıdış proqramına Zəngilanın Ağalı kəndindən başlamışdır. Ağalı Böyük Qayıdışın ilk müşdəçisi, necə deyərlər bu yerlərə azadlıq baharını gətirmiş qaranquşudur. Bütün bunlar Zəngilanı ölkəmizin daha əsrarəngiz, daha möhtəşəm bir bölgəsinə çevirmişdir.
Yaşasın Azərbaycan! Zəngilan Azərbaycandır!
Zərifə Bilalova,
Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi