Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür

0


  • Azərbaycan tarixində iz qoyan qadın
    Qayğıkeş ana, vəfalı ömür – gün yoldaşı, böyük alim, Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycanın Mili
    Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan MSSR Şahtaxtıda həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz
    açmışdır.
    Azərbaycanın görkəmli musiqiçisi, pianoçu Gülnarə Əliyevanın, görkəmli endokrinoloq Tamerlan Əliyev və görkəmli ankoloq Cəmil Əliyevin bacısı olan Zərifə xanım 1932-1942-
    ci illərdə orta məktəbdə təhsil almışdır. 1942-1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş 1948-ci ildə Moskva Mərkəzi Həkimlər Təkmilləşdirmə İnstitutunda ovtolmologiya ixtisası üzrə kurs keçmişdir.
    1949-1950-ci illərdə Azərbaycan Elmi Tədqiqat Ovtolmologiya İnstitutunda elmi işçi olmuşdur. 1950-1953-cü illərdə aspiranturanı başa vurur. 1960-cı ildən tibb elmləri
    namizədi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirilmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1977-ci ildən Tibb elmləri
    doktorudur.
    Zərifə xanım Əliyeva 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, ovtolmologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
    8 noyabr 1954-cü ildə Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyev ilə ailə qurmuşdur.
    1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci ildə 24 dekabrda İlham Əliyev dünyaya gəlmişdir.
    Zərifə xanım Əliyeva bir sıra kitabların müəllifidir. Zərifə Əliyeva Azərbaycan Tibb elminin, xüsusəndə ovtolmologiya sahəsinin inkişafına böyük töhfə verən akademiklərimizdən
    olub. Zərifə xanımın yetişdirdiyi həkimlər bu gün də Azərbaycan Səhiyyəsinin inkişafına
    misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edir.
    Zərifə xanım ailədə hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin güclü dayağı olub, ölkə prezidenti cənab İlham Əliyev isə Zərifə xanım haqqında xatirələrinin birində belə
    demişdir:
    “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi.
    Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O həmişə mənim qəlbimdədir.”
    Zərifə xanım Əliyevanın əziz xatirəsi təkcə ailə üzvlərinin deyil, həm də bütün Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
    1985-ci ildə aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novu-Deviçye qəbiristanlığından Bakıya gətirilərək
    Fəxri xiyabanda dəfn olunmuşdur.
    Təranə Əliyeva,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib63 dəfə
    Zərifə Əliyeva görkəmli oftalmoloq alim qayğıkeş həkim gözəl ana fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür

    Maraqlı gələ bilər
    55
    0
    53